Cost Control

Xərclərə və maya dəyərinə nəzarət: food cost, bar cost, inventarizasiya.

Nə daxildir

Food cost və bar cost mətbəxdə və barda maya dəyərinin satışa nisbətidir. Bu faiz artanda, zal dolu olsa belə, mənfəət azalır.

Nə edirik

  • Texnoloji kartlar üzrə hər məhsulun maya dəyərini hesablayırıq.
  • Hər ay mətbəx və bar inventarizasiyası aparırıq.
  • Silinmiş çekləri, işçi yeməyini və təchizatçı qiymətlərini izləyirik.
  • Ayın ortasında ara yoxlama aparırıq. Kənarlaşma olsa, zəng edirik.

Nə alırsınız

Aylıq Paneldə food cost səhifəsi: faiz, ötən ayla müqayisə və fərq çıxan məhsullar.

İnventarizasiyanı kim aparır

Sayımın formatını müqavilədə razılaşdırırıq: yerində bizim komanda ilə və ya sizin əməkdaşlarla birlikdə.

Xidməti müəssisənizə uyğunlaşdıraq

Konsultasiyada filial sayına, sənəd həcminə və vergi rejiminizə baxırıq.

WhatsApp Zəng