Məxfilik siyasəti

Bu səhifə deccount.com saytındakı əlaqə formasından gələn məlumatlara aiddir.

Hansı məlumatları toplayırıq

Formada yazdığınız məlumatlar: ad, telefon, e-poçt (könüllü), müəssisənin növü və filial sayı (könüllü), mesaj. Spamdan qorunmaq üçün IP ünvanınızı açıq şəkildə yox, geri qaytarılmayan kod (heş) şəklində saxlayırıq. Brauzerinizin növü haqqında qısa qeyd də saxlanılır.

Nə üçün istifadə edirik

Yalnız müraciətinizə cavab vermək və sizinlə əlaqə saxlamaq üçün. Məlumatları satmırıq və reklam üçün istifadə etmirik.

Kimlər görür

Yalnız Deccount əməkdaşları. Qanunla tələb olunan hallar istisna olmaqla, məlumatları üçüncü şəxslərə vermirik.

Kukilər

Sayt yalnız zəruri kukilərdən istifadə edir: dil seçimi və formanın təhlükəsizliyi üçün. Reklam və izləmə kukiləri yoxdur.

Məlumatın silinməsi

Məlumatlarınızın silinməsini istəyirsinizsə, info@deccount.az ünvanına yazın.

WhatsApp Zəng